Müvəqqəti bakteriemiya - hidroterapiya və yaranın işlənməsindən sonra əmələ gəlir. Bu vəziyyətdə müvafiq antibiotiklə müalicə lazımdır.
İkincili bakteriemiya - ilkin səbəb müəyyən olunmalı və müalicə edilməlidir.
Tənəffüs yolu infeksiyası. Bu infeksiyaların inkişafında bir çox xəstəlik törədən amillər vardır. Ağrı üçün tətbiq olunan sedativlər aspirasiya ehtimalını artırır. Enteral qidalandırma məqsədilə istifadə olunan nazoqastral zond kardioezofageal birləşmədə çatışmazlığa səbəb olaraq aspirasiya əmələ gəlmə ehtimalını daha da artırır. Əlavə olaraq inhalyasiya travması və ya respirator zədələnmələrdə aparılan intubasiya ağciyərlərin qoruyucu mexanizmlərini zəiflədir və infeksiya riskini artırır.