Uroloji infeksiya. Genetal nahiyələrdəki yanıq yarasında bitişmə əmələ gəlməsinin qarşısını alan və sidiyin xaric olmasını təmin edən kateterlər bu xəstələrdə infeksiya riskini artıran səbəbdir.
Vaskulyar kateter infeksiyası:
İrinli flebit - venanın mənfəzində irin olması ilə müşayiət olunur. Kateter yerində olduqda daha çox müşahidə olunur, çıxarıldıqda isə 30 günə qədər davam edə bilər.
İrinli arterit - arterial monitor qoyulmuş xəstələrdə inkişaf edir.
Osteomielit.Sümüyün açıqda qaldığı yanıqlar zamanı, sümük sınığı olan yanıqlı xəstələrdə və skelet traksiyası tətbiq olunan xəstələrdə müşahidə oluna bilər. Az hallarda inkişaf edir.