Donor sahənin infeksiyası. Yara diqqətsiz qaldıqda infeksiya donor sahədəki yaranı tam qalınlıqlı bir qüsura çevirə bilər.
Metastatik infeksiyalar. Meningit, beyin absesi, pnevmoniya, endokardit kimi xəstəliklər bakteriyaların hematogen yayılması nəticəsində inkişaf edir.
Anaerob infeksiyalar. Nadir hallarda rast gəlinir. Elektrik yanıqları, ətrafların yanıqları, “crash” zədələnmələrlə əlaqli yanıqlarda və lazımi səviyyədə işlənməyən yanıqlarda meydana çıxa bilər.
Yanıq infeksiyalarında müəyyən olunan patogen mikroorqanizmlər. Bakteriyalar. Antibakterial müalicədən əvvəl yanıq nahiyəsində ən çox müşahidə olunan mikroorqanizmlər piogen streptkoklardır (A qrupundan olan streptokoklar – Streptococcus pyogenes). Eləcə də, Pseudomonas aeruginosa və Staphylococcus aureus da mühüm rol oynayır. Bu iki mikroorqanizm daha çox rast gəlinsə də, Klebsiella spp., Proteus spp., Escherichia coli kimi digər bakteriyalar və göbələklər də yanıq yarasında müşahidə olunur.
Viruslar. Yanıq zamanı ən çox herpesvirus infeksiyaları müşahidə olunur. Əlavə olaraq sitomeqalovirus və hepatit virusları da infeksiya törədə bilərlər.