Barmaq oynağı infeksiyaları. Digər lokal infeksiyalardan inkişaf edir. Müalicə antibiotiklərlə, drenaj etmə və şina ilə təsbit etməklə aparılır.
Mikobakterial infeksiyalar. Bilək və barmaqlarda inadkar və residiv verən sinovit olduqda mikobakterial infeksiya haqqında düşünülməlidir. Atipik mikobakteriyalar - Mycobacterium marinum, M.kansasii tərəfindən törədilə bilər. Kultural müayinə aparmaq üçün material götürülməlidir. Diaqnoz və müalicə üçün eksiziyonal cərrahiyə - sinoviektomiya tətbiq olunur.
Əl yaralanmaları Əl yaralanmalarının təqribən 55%-i iş, 40%-i ev, 5%-i isə yol qəzalarının nəticəsidir.
Əl yaralanmalarında ilk yardımın iki əsas prinsipi var:
Daha çox infeksiya və zədədən qorunmalıdır.
Ən xırda şübhədə belə, əli yaralı şəxs xəstəxanaya göndərilməlidir.
Əl yaralanmalarında ediləcək ilk yardım sıxıcı sarğı ilə hemostaz, yara səthinə steril sarğı, funksional pozisiyada yumşaq sarımaqla elevasiyadan ibarətdir.
Xəstəxanada əl yaralanması bu cür qiymətləndirilir:
Anamnez. Nə vaxt, harada, necə və nə edərkən baş verdiyi soruşulmalıdır.