Klinik dəyərləndirmə: Obyektiv müayinə. Dərinin müayinəsi, dərin toxumalar, oynaq və sümük, vətərin funksiyası və hərəkəti müəyyən olunur. Vətərin hərəkət funksiyası aşağıdakı kimidir.
Bükücü vətərlər üçün. Xəstənin medial falanqasını iki barmağınızla tutduqda, barmaq ucunu bükə bilməzsə FDP (flexor digitorum profundus) vətərinin kəsildiyi müəyyən olunur. Müayinə edilən barmağın hər iki tərəfindəki barmaqları əlimizlə tutaraq xəstəyə barmağını oynatması təklif edilir. Fleksor digitorum superficialis sağlam olarsa, xəstə şəxs barmağını orta falanqadan proksimal falanqaarası (ingiliscə, proximal interphalangeal - PİF) oynaqdan bükə bilir, bu vətər kəsikdirsə, barmaq bükülə bilmir. Hər iki bükücü vətərin kəsilməsi zamanı daraq-falanqa (ingiliscə, metacarpophalangeal - MF) oynağı təsbit olunan zaman barmağın heç bir falanqası bükülmür.
Açıcı vətərlər üçün. PİF oynaq büküldükdə MF oynaq açıla bilmirsə bu, extensor digitorum longus (EDL) vətərinin qopmasından xəbər verir.
distal falanqaarası (ingiliscə, distal interphalangeal - DİF) oynaqda zədələnmə - çəkic barmaq deformasiyası olur. Barmaq ucu açıla bilmir.
PİF-də zədələnmə. Düymə dəliyi deformasiyası olur. PİF bükülmüşdür, açıla bilmir.
MF-də zədələnmə - barmaq bükülmüş vəziyyətdə qalir.