Boutonnier deformasiyası. Vətərin mərkəzi slip-inin PİF oynağı xəttindən zədələnməsi nəticəsində əmələ gəlir. Müalicədə Bunnel metodu tətbiq olunur.
Extensor hood zədələnmələri. MF oynaq xəttindəki zədələnmələrdə rast gəlinir. 4/0 neylon sapla uc-uca tikilir.
Əlin üstündə açıcı vətər zədələnmələri. Bunnelin "səkkizşəkilli" tikişi ilə bərpa edilir. Açıcı vəziyyətdə 4 həftə müddətində immobilizasiya edilir.
Said nahiyəsinin açıcı vətər zədələnmələri. Saidin əzələ-dəri bitişməsində və ya əzələ toxumasında zədələnə bilər. Əzələ-vətər davamlılığını təmin etmək lazımdır. Bu zədələnmələrdə 4-6 həftə müddətində açıcı vəziyyətdə immobilizasiya aparılır.
Əlin kəskin zədələnmələri.
Kəskin əl zədələnmələrində müalicənin məqsədi infeksiyanın qarşısını almaq, birincili sağalmanı təmin etmək və zədələnmiş hissəni qorumaqdır. İlk yardım infeksiyalaşmanın qarşısını almaq üçün steril sarğı, yaraya sıx sarğı, elevasiya və turniket tətbiqindən ibarətdir.
İlkin müayinə. Yaranın dərəcəsini, dəri itkisini təyin etmək üçün aparılır. Rentgenoqrafiya, vətər və sinirlərin müayinəsi aparılır. Dərin strukturlara nəzarət edilərək turniket tətbiq olunur.
İkinci müayinə. Sümük, vətər, sinir və dərin toxumalar diqqətli nəzərdən keçirilir.
Dostları ilə paylaş: |