Dəri bağlanması metodları və göstərişlər:
Dəri qrefti ilə bərpa edilə bilən zədələr. Əgər vətər və sümük kimi strukturlar açıqda deyilsə, bu vəziyyətdə tam qalınlıqda dəri qrefti ilə bərpa məsləhət görülür.
Fleb ilə bərpa edilən zədələr. Sümük və vətərlərin açıqda olduğu dərin yaralanmalarda lokal və uzaq fleblərlə bərpa aparılır.
Barmaq ucu amputasiyaları. Yalnız dəri itkisi olduqda sərbəst qreftlə bərpa edilir. Əgər yumşaq toxuma defekti dərin olarsa və falanqa açıqda qalarsa (baş və şəhadət barmağından başqa) proksimal hissədən reamputasiya (kiçik uşaqlar istisna olmaqla) və ya sərbəst dəri qrefti tətbiq olunur. Bu zaman normal hissiyat heç vaxt bərpa olmur. Dəri olduğu kimi dərin toxumalar da öz yerinə qoyulmalıdır. Bunun üçün Kutler V-Y və ya Atasoy trianqulyar advancement flebləri məsləhət görülür.
Dırnaq yatağı proksimaldan amputasiya edilməsə bir şaxəli dorsal fleb faydasızdır. Cross finger fleb mükəmməldir, lakin bu, oynaq qabarı əmələ gətirməklə sağalır. Bundan əlavə thenar fleb məsləhət görülür, lakin bu da ikimərhələli əməliyyata ehtiyac yaradır. Lokal neyrovaskulyar ada flebi yaxşı hissiyat rekonstruksiyası yaratdığına görə tətbiq oluna bilər. Qarın və ya subpektoral nahiyə kimi uzaq məsafəli fleblərdən mümkün qədər az istifadə edilməlidir, çünki çox bunlar qalın və hiperpiqmentasiyalıdır. Barmaq ucu amputasiyalarında daha çox istifadə olunan Kutler V-Y və ya Atasoy flebləri məqsədəuyğundur.
Kutler metodu. Digital blokada ilə anesteziya aparılır. Cərrahi işləmə ilə hər iki tərəfdən üçbucaq fleb gətirilir, distal falanqanın qalan hissəsi təmizlənir və bağlanır.
Atasoy metodu. Müvafiq anesteziya və turniket altında trianqulyar fleb qaidəsi distalda olmaqla yağlı pulpadan qaldırılır. Yağlı fibroz subkutan toxuma periost və fleksor vətər qılafından ayrılır. Sümük uzundursa kəsilir və tikiş qoyulur.
Dostları ilə paylaş: |