Lupus eritematosus xüsusilə, daraq-falanqa oynaqlarını zədələyir, cərrahi müalicə çətindir.
Psoriatik artrit zamanı distal falanqaarası oynaqlar zədələnir və fuziform şişkinliklər müşahidə olunur.
Reiter sindromu - uretrit, konyuktivit və sinovitdən ibarətdir.
Podaqra. Demək olar ki, həmişə bir oynaqda ağrı ilə başlayır, vətər yatağı və oynaqda urat kristalları toplanır.
Skleroderma.Barmaq uclarında kalsinoz, xoralaşma və ya Raynaud fenomeni ilə birlikdə müşahidə olunur.
Əlin şişləri
Xoş xassəli şişlər: Lipoma. Əldə piy toxuması olmadığı üçün lipomalar nadir hallarda rast gəlinir. Bəzən palmar nahiyədə fluktuasiya edən yumşaq şiş müşahidə olunur.
Ksantoma. Vətər qişasının giqant hüceyrəli şişidir. Əlin ikinci ən çox rast gəlinən şişlərindəndir. Oynağı əhatə edərsə, ilk növbədə proksimal falanqaarası oynağı tutur. Yayılma xüsusiyyəti olduğuna görə eksiziyası çətinlik yaradır.