Fibroma - oynaq kapsulundan inkişaf edir alır, səthi və dərin olmaqla iki cür olur.
Qlomus şişi. Ağrılı olur, soyuğa qarşı hissiyatın artması müşahidə olunur. Tünd qırmızı və ya bənövşəyi rəngli olub, ölçüləri 1 sm-dən kiçikdir. Adətən, dırnaq yatağının altında yerləşir. Müalicə məqsədilə tam eksiziya aparılır.
Hemangioma. Açıq mavi rəngli və gərgindir. Müalicə məqsədilə eksiziya edilir.
Travmatik nevrinoma. Kəsilmiş periferik sinirin proksimal hissəsində regenerasiyadan sonra əmələ gəlir. Təzyiq etdikdə hissiyat müşahidə edilir. Müalicə məqsədilə sinir 6 mm-ə qədər rezeksiya edilir və piy yatağı ilə əhatə olunur.