Proksimal said və bazu amputasiyaları:
Sümük stabilizasiyası
Dərin neyrovaskulyar strukturların bərpası
Qan dövranının bərpası
Sinirlərin bərpası
Əzələlərin bərpası
Ovucun dərialtı fassiyatomiyası
Səthi vena anastamozu
Yaranın bağlanması
Əməliyyatdan sonrakı dövr. Sərbəst fleblərin köçürülməsi əməliyyatlarından sonrakı dövrə oxşardır. Bu mövzu ilə bağlı sonra daha ətraflı danışılacaq. Replantasiyadan sonra ətraf yuxarı qaldırılır, amma bu, arterial dövranı pozmamalıdır. Amputasiya olmuş hissənin rəngini, kapilyar dövranı, tempraturunu nəzarətdə saxlamaq üçün hər bir saatdan bir baxılmalıdır. Bunun üçün xüsusi monitorlardan da istifadə olunur.
Böyük replantasiyalarda həyati funksiyaları saxlamaq üçün bir neçə gün reanimasiya şöbəsində saxlamaq məsləhət görülür. Hemotakrit 34% olana qədər qan transfuziya edilməlidir, belə ki, mikrodövran ancaq bu səviyyədə optimal olur. Kiçik replantasiyalarda antiaqreqantlar verilir. Daha kəskin əzilmələrdə və böyük replantasiyalarda xəstəyə heparinizasiya məsləhət görülür.
Dostları ilə paylaş: |