Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə283/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   279   280   281   282   283   284   285   286   ...   303
Kisə ekstrofiyasının bərpası. Kisə ekstrofiyası daha ciddi anomaliya olub, aşağıdakı komponentlərə malikdir:

  • symphysis pubis-dən ayrılma;

  • linea alba-da genişlənmə;

  • abdominal divarda defekt və ya göbək yırtığı;

  • sidik kisəsinin ön divarının olmaması.

Bu anomaliyada sidik kisəsi tərsinə çevrilmiş və yuxarı sidik sistemi çatışmazlığı ilə birlikdə olur. Vəziyyət düzəldilməzsə, infeksiya, uretral dilatasiya, və renal destruksiya ilə nəticələnir. Ekstrofiya müalicə edilməmiş xəstələr nadir hallarda yetkin yaşa çatır. Müalicə edilmiş xəstələrdə isə sidik kisəsi xərçəngi çox müşahidə olunan bir haldır.

Ekstrofiyanın müalicəsində düzgün seçim həmişə mübahisəli olur. Bu istiqamətdə iki cərəyan mövcuddur. Bunalardan biri urinar diversiyanı üstün tutur - sidik kisəsinin selikli qişasının eksizyasını və abdominal divar qüsurunu dəri, fassiya və əzələ qatından ibarət lokal flebdən istifadə edərək bağlamağı məsləhət görürlər. Digərləri isə sidik kisəsi funksiyasını artıran, obstruksiya və ya veziko-uretral reflüksə səbəb olmayan, kifayət dərəcədə davamlılıq yaratmağı məsləhət görürlər.

Bu anadangəlmə anomaliyaların müalicəsində əslində heç bir müalicə metodu tam olaraq müsbət nəticə vermir. Uretokolik anastamozla yaradılan urinar diverisya kifayət edə bilər, amma ekstrofiyası olan xəstələrin yarısında rektal sidik buraxma müşahidə oluna bilir. Erkən dövrlərdə urinar infeksiya və digər ağırlaşmalardan xəstəni itirə bilərik. Son zamanlarda ən yaxşı metod izolə edilmiş siqmoid ilgək diversiyası məsləhət görülür. Kisə ekstrofiyasında tətbiq olunan müalicə hər zaman effekt vermir. Urinar diversiya proseduraları, ekstrofik sidik kisəsinin selikli qişasının eksizyası ilə birlikdə abdominal divar qüsuru və xarici cinsiyyət orqanlarının bərpası ilk müdaxilədə yaxşı nəticə verir. Amma son nəticələri qiymətləndirmək üçün xəstə uzun müddət nəzarət altında saxlanmalıdır. Sidik kisəsinin funksional bərpası da ideal bir müalicə deyildir. Xəstənin sidiyi saxlaya bilməməsi bir müddət davam edir və urinar infeksiyanın qarşısını almaq üçün dərhal müalicəyə başlanılmalıdır. Əgər uğurlu nəticə əldə edilməzsə, urinar diversiya əməliyyatı tətbiq olunmalıdır. Renal funksiyaların qorunması müalicənin ən önəmli prinsipidir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin