Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Tam dəri qreftləri üçün donor sahələr



Yüklə 0,54 Mb.
səhifə44/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   40   41   42   43   44   45   46   47   ...   303

Tam dəri qreftləri üçün donor sahələr:


  1. Körpücüküstü nahiyənin dərisi

  2. Qulaq arxası nahiyənin dərisi

  3. Qulaq önü nahiyənin dərisi

  4. Üst göz qapağı

  5. Dirsək oynağının önü və qasıq büküşü nahiyəsi

  6. Bilək nahiyəsinin dərisi

  7. Aralıq nahiyəsi və böyük cinsiyyət dodaqları

  8. Süd vəzi giləsi

  9. Boyunun dərisi

Üz nahiyəsindəki kiçik, səthi dəri qüsurları üçün körpücükləri birləşdirən xəttin üzərindən götürülən tam dəri qreftləri təbii çəhrayı rəngli olur. Körpücüküstü nahiyədən böyük ölçüdə qreft götürmək mümkündür ki, bu da alın, burun, yanaqlar, üst dodaq və çənə kimi nahiyələri bağlamaq üçün lazımi qrefti təmin edir. Xüsusilə, yanıq olan xəstələrdə vahidlik nəzəriyəsinə əməl olunaraq aparılan qreftləmə ilə qreftlərin birləşmə yerləri saç xətləri və ya üzün konturları boyu gizlədilə bilər. Lakin gələcəkdə boyun disseksiyası və ya servikal fleb planlaşdırılırsa, boyun nahiyəsi istifadə edilmir. Bu məqsədlə qreftlər yumşaq dərili yaşlı xəstələrdən seçilir, gənc qadınlardan isə estetik problemlərə görə götürülmür.

Qulağın arxa səthi və ona bitişik məməyəbənzər çıxıntının saçsız sahəsindən götürülən qreftlər üz dərisi ilə yaxşı uyğunlaşır, xüsusilə, göz qapağı yerinə köçürüləcəksə, heç fərqlənmir. Tək çatışmayan cəhəti sahənin kiçik olmasıdır. 3x5 sm ölçülərində qreft götürülə bilər. Qulaq arxasındakı donor sahə birincili olaraq örtülə bilər. Lakin bəzən donor sahəyə natamam dəri qrefti qoymaq lazım gələ bilər. Dəri və qığırdaq tələb edən burun defekti rekonstruksiyasında tam dəri qrefti ilə birlikdə onun altındakı qulaq seyvanı qığırdağının bir hissəsini götürmək məsləhətdir.

Üst göz qapağı, prepitium və böyük cinsiyyət dodaqlarından tam qreftlər götürülə bilər. Prepitium və böyük cinsiyyət dodaqları, süd vəzinin gilələrinin rekonstruksiyasında müvəfəqiyyətlə istifadə olunur.

Dirsək oynağının önü və qasıq nahiyələrinin dəriləri, xüsusilə, uşaqlarda sindaktiliyanın açılması zamanı barmaq aralarında qalan dərisiz sahələri örtmək üçün istifadə olunur. Bunlardan, həmçinin, barmaq ucu yaralanmalarında, əl, üz travmalarındakı toxuma qüsurlarını örtmək üçün də istifadə olunur.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin