Dəri qreftlərinin götürülməsi: Natamam dəri qreftlərinin kəsilməsi:
Ən çox istifadə olunan qreft alətləri aşağıdakılardır:
Humby bıçağı: Blair modelindən inkişaf etdirilmiş və onun yerinə keçmişdir. Ən çox istifadə olunan qreft kəsmə alətidir.
Drum dermatomu
Elektrikli dermatom
Qreft götürüləcək nahiyə müvafiq antiseptik məhlulla təmizlənir. Bıçağı rahat hərəkət etdirə bilmək üçün nahiyə vazelinlənir. Donor nahiyə müvafiq vəziyyətdə asistent tərəfindən gərgin tutularkən cərrah qrefti götürür.
Tam dəri qreftlərinin kəsilməsi:
Defektin modeli donor sahədə çəkilərək götürüləcək qreftin defekt sahəsinə tam uyğynluğu təmin olunur. Qreft lanset, pinset və qayçının köməyi ilə götürülür. Tam dəri qreftləri altında piy toxuması saxlanılmamalıdır. Əgər qalıbsa, defekt sahəsinə qoyulmazdan əvvəl qayçının köməyilə təmizlənməlidir.
Dəri qreftlərinin tətbiqi. Tətbiq olunma prinsipləri natamam və tam qreftlər üçün eynidir. Hər ikisində də akseptor sahənin hemostazı kifayətli olmalıdır.
Natamam dəri qreftləri 3 formada tətbiq oluna bilər:
Sheet (təbəqə) qreft. Xüsusilə, infeksiyanın olmadığı cərrahi yaralara qreft tək bir təbəqə şəklində tətbiq olunur.
Mesh (ilgək) qreft: Tək bir təbəqə qreftdə kiçik dəlikər açılmışdır. Bu dəlikər İnfeksiyanın olduğu, hemostazın yaxşı olmadığı nahiyələrdə drenajı təmin edir . Sağalmadan sonra estetik görünüşü yaxşı deyil.
Postage-stamp qrefti (poçt markası ölçüsündə qreftlər): İnfeksiyalaşmış nahiyələrə kiçik hissələr şəklində qreft qoyulur.
Bağlı qreftləmə. Qreft köçürüldükdən sonra yatağı ilə sıx təmas etməsi üçün kip sarğı qoyulur. Bu iki üsulla edilir:
Tie-over dressing. Qreftin üzərindəki təzyiqi saxlayan tikişlərdir. Qreft yatağına tikilir, sapların ucları uzun saxlanılır və qreftin üzərinə qoyulan sintetik süngərin üzərində bağlanıb bərkidilir. Qreft ilə süngər arasında furasilinli steril sarğı qoyulmalıdır ki, ilk sarğı zamanı çətinlik törətməsin.
Kip sarğı. Qranulyasiyalı sahələrdə yaranın kənarları tikiş tutmadığı üçün bu metoddan istifadə olunur. Amma üz nahiyyəsində istifadəsi çətinlik törədir. Tam dəri qreftlərində kip sarğı ilə immobilizasiya 7-10 gün (bu müddətdə qreftdə vaskulyarizasiya yaranır), natamam dəri qreftləri üçün 7 gün kifatət edir. Qranulyasion nahiyələrdə natamam dəri qreftinin sarğısı əməliyyatdan 4 gün sonra açılır. Bundan sonra qoyulan dəstək və immobilizasiya sarğısı, qreftin bərkiməsinə qədər qalır.
Açıq qreftləmə. Sağlam bir qranulyasiya sahəsinə hemostaz problemi olmadığı zaman edilir. Beləliklə, qreftə nəzarət mümkün olur.
Dostları ilə paylaş: |