Donor sahəyə qulluq. Dəri qreftləri sağalarkən iki tip büzüşmə müşahidə olunur.
Birincili büzüşmə. Qreft götürüldükdən dərhal sonra derma təbəqəsindəki elastik liflərin yığılması ilə kiçilir. Bu qreft nə qədər qalındırsa, elastik liflərin yığılması o qədər çox olur. Lakin qrefti gərməklə (dartmaqla) öhdəsindən gəlinə bilər.
İkincili büzüşmə. Qreft ilə yatağı arasındakı çapıq toxmasının inkişafı nəticəsində olur. Qreftləmədən sonrakı 10-cu gündə başlayır və 6 ay davam edir. Aşağıdakı amilləri nəzərə almaq lazımdır.
dəri qrefti nə qədər qalındırsa, bir o qədər az olur.
akseptor sahə nə qədər rigiddirsə, bir o qədər az olur.
dəri qrefti nə qədər tamlıqla bitişərsə, bir o qədər az olur.