Peninsulyar aksial qəlibli fleblər: Əsaslarında dəri-dərialtı toxuma əlaqəsi olması ilə birlikdə tərkibinə bilavasitə kutanoz arteriya və vena daxildir. Məsələn, deltopektoral fleb və qasıq flebi.
Aksial qəlibli ada fleblərinə lokal ada flebləri və uzaq ada flebləri aiddir.
aksial qəlibli lokal ada flebləri - bunların da tərkibinə bilavasitə kutanoz arteriya və vena daxildir lakin, əsaslarında dəri əlaqəsi yoxdur. Lokal bir qüsurda istifadə olunurlar. Məsələn, səthi temporal arteriya ada flebi, barmaqların neyrovaskulyar ada flebləri. Peninsulyar fleblərə nisbətən bu cür fleblərin hərəkət qabiliyyətləri daha çoxdur.
aksial qəlibli uzaq ada flebləri (free fleblər) - bu flebin vaskulyarizasiyası aksial qəlibli ada flebləri ilə eyni cürdür. Lakin fleb əsasından damarlarıyla birlikdə ayrılır, bədənin digər bir nahiyəsində arteriya və vena ilə mikrovaskulyar metod istifadə olunaraq anastomoz edilir, qüsur bağlanılır. Bu cür fleblərə “free fleblər” də deyilir. Məsələn, distal radial said flebi (a.radialis) və qasıq flebi kimi. Çox istifadə olunan sahələr üz, başın tüklü hissəsinin dərisi, topuq və əldir.
Free fleblərin strukturuna sümük, qığırdaq, əzələ toxumaları əlavə edilə bilər. Məsələn, miokutanoz fleblər, osteomiokutanoz fleblər və s. Vagina rekonstruksiyasında gracilis miokutanoz flebi ada flebi kimi istifadə etmək olar. 9-cu qabırğa və üzərindəki dəridən osteokutanoz fleb kimi yararlanmaq olar.