Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Von Langenbekin təklif etdiyi üsulda



Yüklə 0,54 Mb.
səhifə87/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   83   84   85   86   87   88   89   90   ...   303
Von Langenbekin təklif etdiyi üsulda bilateral olaraq alveolyar arxın daxili səthi boyunca və maksilyar qabarıqlığın arxa tərəfindən keçən sərbəstləşdirici kəsiklərlə ön və arxa ayaqcıqları olan, yəni iki ayaqcıqlı fleb hazırlanaraq yarıq bərpa edilir.

  • Vean, Wardill, Kilner və əməkdaşlarının təklif etdiyi üsul Oksford plastik cərrahları tərəfindən iki müxtəlif modifikasiyada tətbiq edilmişdir:

    1. İki fleb texnikası. Bu üsulda ön tərəfdə “M” şəklində kəsik aparılır və arxa tərəfdə bir ayaqcığı olan mukoperiostal fleblər hazırlanır. Ön tərəfdə aparılan “M” formalı kəsiyin kənarları “U” şəklində tikilir. Beləliklə, geriyə itələmək asanlaşır. Bu, V-Y advencement üsulunun bir variasiyasıdır.

    2. dördlü fleb texnikası. Burada kəsik daha da ön tərəfə uzadılır və sonra aparılan köndələn kəsiklə ikisi öndə, ikisi arxada olmaqla dörd mukoperiostal fleb yaradılır.

    Bu metodların hamısı vomer flebləri ilə birlikdə istifadə olunur. Hamısında bərpa burunun selikli qişası, əzələ, ağızın selikli qişası olmaqla üç, yaxud burunun və ağızın selikli qişası ilə birlikdə iki təbəqədə tikilir. İkincili proseduralar arasında udlağın arxa divarından qaldırılan əzələ və selikli qişa flebləri ilə, yumşaq damağın arxa səthində toxuma körpüsü əmələ gətirərək, damaq udlaq yarığının kiçildilməsinə və arxaya doğru sürüşdürülməsi ilə arxa tərəfdə bir təsbit, dayaq nöqtəsini əldə etməyə imkan verir. Bu metod “posterior faringeal fleb” adlandırılır. Yumşaq damaqda önəmli olan qübbə hissəsini yüksəltmək üçün levator veli palatinum əzələlərinin yumşaq damağın içərisində daha arxa tərəfdə yerləşən vəziyyətdə repozisyası ilə plastika daha məqsədə uyğundur.

    Damağın tam yarıqlarında alveolyar arxın əmələ gəlməsini təmin etmək və kollapsın qarşısını almaq məqsədi ilə əlavə ortodontik metodlar tətbiq olunur. Erkən dövrlərdə ortodontik müalicə daha çox tətbiq olunmasına baxmayaraq uzaq nəticələrin uğurlu olmaması və bu sahəyə sümük qreftlərinin tətbiq olunması ilə əlaqədar nahiyədə inkişafın az olmasına gətirib çıxarır. Yenə də 5 yaşından sonra müvafiq qövs və fassial konfiqurasiyanı əmələ gətirmək üçün yeganə çıxış yolu sümük qreftlərinin köçürülməsidir. Damaq yarıqlı xəstələrin hamısında orta qulağın drenajı problemi vardır. Yuxarı tənəffüs yollarının infeksiyalarına ciddi nəzarət olunmalı, antibiotikə həssaslıq testinin nəticələrinə əsasən antibiotikoterapiya aparılmalıdır.

    Nitq qüsurunun bərpası bütün xəstələr üçün vacibdir. Klinik, aerodinamik və rentgenoloji müayinələr ciddi şəkildə aparılmalıdır. Statik rentgenoqramlar, lateral, frontal və superoinferior vəziyyətlərdə çəkilən rentgenoqrafiyalar məsələdə vacibdir.


    Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   83   84   85   86   87   88   89   90   ...   303




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin