Kiçik çənə sümüyü, arxaya doğru çəkilmiş çənə və bununla əlaqədar olaraq dilin arxaya doğru gedərək sallanmış bir vəziyyət almasına gətirib çıxaran anadangəlmə anomaliyası, dilin hipofarinksə düşərək yuxarı tənəffüs yollarının müxtəlif dərəcədə pozulmasına gətirib çıxarır. Bu sindrom mövcud olan uşaqların təqribən 40%-də ikincili damaq yarıqları da müşahidə olunur. Uşaqda sianoz əmələ gəldikdə təcili cərrahi müdaxilə aparılmalıdır. Dilin ön tərəfdən dodağa, hipoplastik çənə sümüyünə və ya dilaltı sümüyə tikilməsi, yaxud fassiya atmalarından istifadə edərək təsbit edilməsi traxeostomiya aparılmasının qarşısını alır. Hipoplastik çənə sümüyünün böyük bir hissəsi normal ölçüyə qədər inkişaf etsədə, digər hissəsini cərrahi yolla düzəltmək lazım gəlir.