V fəsil. Ağız boşluğunun şişləri Ağız boşluğu şişləri yanağın selikli qişası, yuxarı və aşağı diş əti, dilin ön 2/3 hissəsi və sərt damaqdan inkişaf edir. Ağız boşluğunun şişləri aşağıdakı kimi təsnif edilir:
Xoşxassəli törəmələr: İltihabi hiperplaziya
Rastgəlmə tezliyi. Bütün bədxassəli şişlərin 8%-i bu nahiyədə inkişaf edir. Bu bəd xassəli şişlərin 95%-i skvamoz karsinomadır. Kişilərdə qadınlara nisbətən 10 dəfə çox rast gəlinir. Xoş xassəli şişlər isə hər iki cinsdə eynidir.
Etiologiyası. Xoş xassəli şişlərin səbəbləri spesifikdir. Skvamoz hüceyrəli karsinomanın səbəbi siqaret və alkoqoldan istifadə, pis ağız gigiyenası və siflis sayıla bilər.