Periferik nəhəng hüceyrəli reperativ qranuloma. Bu xoş xassəli şişlər diş ətindən inkişaf edir, maksilyar və mandibulyar diş ətindən inkişaf nisbətləri eynidir. Yavaş böyüyən, qırmızı rəngli, düz, geniş ayaqcığa malik, tez qanayan şişlərdir. Adətən, histoloji olaraq hiperparatiroidizimdə rast gəlinən sümüyün nəhəng hüceyrəli şişinə oxşadığı üçün differensasiya məqsədilə “periferik” kimi adlandırılır. Müalicə eksiziya ilə aparılır.
Periferik fibromalarda diş ətinin şişləri olub, nəhəng hüceyrəli granulomayla bənzəyirlər. Müalicə eksiziya ilə aparılır.