Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə105/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   101   102   103   104   105   106   107   108   ...   303
Piogen qranuloma. Dodaqların, dilin, yanağın selikli qişası və diş ətindən inkişaf edən ayaqcıqlı törəmələrdir. Travma ilə asanlıqla qanayırlar. Diş ətindən inkişaf edənlər hamiləlikdə müşahidə olunur (granuloma gravidarum), lakin digərlərinin səbəbi məlum deyil. Hamiləlik zamanı müşahidə edilən qranulomalar doğuşdan sonra geriyə inkişaf etdiklərindən bəzən müalicə lazım gəlmir, digərlərində müalicə eksiziya ilə aparılır.

  • Hemangioma. Selikli qişada kapillyar hemangiomalar çox rast gəlinir. Dəridəki törəmələr kimi spontan reqressiya edə bilər. Çox böyük deyilsə və funksiyası pozulmayıbsa, reqressiya gözlənilə bilər. Adətən, reqressiya 5 yaş müddətində olur, lakin tamamilə itə bilən dəri törəmələrindən fərqli olaraq tam itmir və selikli qişa altında kiçik tünd rəngli bir törəmə kimi qalır (skleroz hemangioma). Bu vəziyyət müalicə tələb etmir. Arterio-venoz malformasiya tipli hemangiomalar spontan reqressiyaya uğramır və müalicəsi çoxsaylı plastik cərrahi işləmə tələb edir.


  • Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   101   102   103   104   105   106   107   108   ...   303




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin