Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə106/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   102   103   104   105   106   107   108   109   ...   303
Qranulyar hüceyrəli mioblastoma. Dil əzələsi daxilində inkişaf edən və çox nadir rast gəlinən bir şişdir. Palpasiyada kiçik, sərt, kürəşəkilli bir kütlə kimi hiss olunur. Bu törəmələrin maliqnizasiya ehtimalı yoxdur, lakin böyüyərək funksiya pozulmasına səbəb ola bilir. Müalicə eksiziya ilə aparılır.

  1. Hiperkeratoz (leykoplakiya).

Hiperkeratoz - əvvəlcə ağ nazik, yarımşəffaf və ya tutqun membranlar kimi inkişaf edən selikli qişa düyünləridir. Maliqnizasiya və ya premaliqnizasiyaya uğramırlar. Histoloji olaraq sadəcə hiperplaziya və keratoz müşahidə olunur, sonralar bu törəmələr qalınlaşır, sərtləşir və kontrastlaşır. Palpasiyada selikli qişa konsentrasiyasından daha sərt hiss olunur. Mikroskopik olaraq yüksək dərəcədə hiperkeratoz və hiperplaziya müşahidə olunur, həmçinin diskeratoz sahələr də ola bilər. Bu sahələrdən solid karsinoma inkişaf etməsi ehtimalı təqribən 5%-dir. Oral xərçənglərin 50%-i hiperkeratozlu sahələrdə inkişaf edir.

Erkən törəmələrdə xəstə ağız gigiyenası, tütün və spirtli içki istifadəsinə görə xəbərdarlıq edilir. İnkişaf etmiş və qalınlaşmış törəmələrin solid karsinoma ola biləcəyi düşünülərək biopsiya edilməlidir. Törəməni toluidin mavisi ilə rəngləyərək həqiqi sərhədləri müəyyən edilir.




  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin