Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə108/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   104   105   106   107   108   109   110   111   ...   303
Ağız əsasının bədxassəli şişləri. Ağız əsası dilin altı və çənənin içəri səthi arasında qalır. Bu nahiyənin skvamoz hüceyrəli karsinoması mandibula ətrafına önə və arxaya yayılır və əsasən bilateral servikal metastaz verir. Şiş ağrı, dildə ödem, udqunma və danışmada çətinliklə özünü göstərir. Böyük şişlər geniş eksiziya, həmin nahiyədə çənənin rezeksiyası və radikal boyun disseksiyası ilə müalicə edilir. Kiçik törəmələrdə lokal eksiziya kifayətdir.

  • Diş ətinin bədxassəli şişləri. Bu şişlər dil və ağız əsasındakı kimi aqresssiv deyil. Xəstələr həmin nahiyədə şişkinlik, yüngül ağrı və dişlərdə yüngül boşalma hiss edərək adətən, stomatoloqa müraciət edirlər. Bəzən radikulyar abses və ya kista diaqnozu ilə dişlər çəkilir. Törəmə inkişaf etdikcə xoraya çevrilir, qanayır və çeynəməyə mane olur. Şiş əsasən çənəni və çənə siniri zədələyir. Müalicə diş əti ilə bərabər altındakı çənə hissəsinin rezeksiyası və radikal boyun disseksiyasıdır. Yuxarı diş ətində şiş inkişaf etməsi daha nadir rast gəlinir və nadir hallarda metastaz verir. Müalicədə lokal eksiziya kifayətdir.


  • Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   104   105   106   107   108   109   110   111   ...   303




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin