Üz sümüklərinin sınıqları
Üz sümüklərinin sınıqlarında sümüklərin yerinə qaytarılması və immobilizasiyası əsas şərtlərdən biridir. Xəstəni həm fiziki, həm də estetik baxımdan yaxşı nəticələrə gətirib çıxarmağa çalışmaq lazımdır.
Üz sümükləri müəyyən zərbənin qarşısını alaraq ətraf toxumalara düşən gücü azaldır. Beləliklə, uzunsov və baş beyinin zədələnməsinin qarşısını alırlar.
Üzdə baş verən kəskin yaralanmalarda sümüklərlə bərabər yumşaq toxumalar da zədələnir. Bundan əlavə, üz sümüklərinin kəskin zədələnmələrində yumşaq toxumaların tamlığı pozulmaya bilər. Hazırda üz sümüklərinin sınıqları ən çox avto-qəzalar nəticəsində baş verir.
Dostları ilə paylaş: |