Əməliyyatın planlaşdırılması. Keçmişdə bu əməliyyatları etmək üçün inkişafın başa çatmasını gözləyirdilər. Lakin uşağın deformasiyasının ən gec 4 yaşında nəzərə çarpması, hərəki inkişafın ilk 1 yaş daxilində mükəmməl formada mümkün olması, əməliyyatdan sonra danışma, udma və göz hərəkətlərində iştirak edən əzələlərin funksiyalarının istənilən səviyyə çatması, 3 yaşına qədər cərrahi müdaxilələrdə periferik sinir ağırlaşmalarının az olmasına görə əməliyyatda yaş amili ciddi nəzərə alınmalıdır. Erkən cərrahi müdaxilə üçün yuxarıda sadalananlardan əlavə inkişaf etməkdə olan beynin genişlənərək yerləşməsi üçün kəllə tikişlərinin erkən sərbəstləşdirilməsi məsləhətdir. Təcrübələr göstərmişdir ki, kiçik uşaqlar bu forma uzun və çətin əməliyyatlara yaxşı dözümlülük göstərə bilirlər.
Qrup işciləri: Kraniofasial cərrah: kəllə, üz, göz yuvaları, gözlər və ağız boşluğunu çox diqqətlə müayinə edir. Asimmetriya dərəcəsini və deformasiya sahələrini bir-birləri ilə olan əlaqələrinə görə qiymətləndirir. Bu qiymətləndirməyə görə vacib olan formada əməliyyatları və qrupa əlavə olunacaq işciləri nəzərdən keçirir.
Neyrocərrah: tam nevroloji müayinə aparır. Kraniosinostoz, hidrosefaliya, intrakranial skelet anomaliyaları əvvəllər aparılmış intrakranial müdaxilələri və s. analiz edir. İntrakranial müdaxilə lazım olan əməliyyatı neyrocərrah aparmalıdır.
Otolarinqoloq: Xəstələrin çoxunda orta qulaq, burun və yuxarı tənəffüs yollarının anomaliyaları da müşahidə olunur. Bəzən profilaktik traxeotomiya da aparılır.