Orbital distopiya. Orbital hipertelorizmdəki gözlərin ikitərəfli olaraq xaricə yerdəyişməsinin əksinə olaraq, orbital distopiyada tək orbita laterala doğru dəyişir. Hipertelorizmdən daha çox rast gəlinir. Orbita lateralda olsa da, vertikal tərəfdə daha yuxarıda yerləşmiş ola bilər. Müalicə yerini dəyişmiş orbitanın repozisiyası ilə aparılır.
Krouson sindromu (kraniofasial dizostozis).Kəllə tikişlərinin erkən sinoztozu ilə əlaqədardır. Apert sindromu və digər sinoztozlar ilə qarışdırla bilər. Bunları ayırmaq çətindir və bəzən Crouzon və Apert sindromları birlikdə müşahidə oluna bilər. Hər xəstədə sindromun butun xüsusiyyətləri olmasa da, aşağıdakı əlamətlər müşahidə olunur.
Kəllə qapağı deformasiyaları. Qabarıq alın, sağittal tikiş batıqdır. Kəllə qapağının hansı tikişınin əvvəl bağlanmasından asılı olaraq braxiosefaliya, oksisefaliya, plagiosefaliya müşahidə olunur.
Böyük boşluqlu damaq, xaricə divergensiya edən çəpgözlük, göz sinirinin tutulması, nistaqm, xarici qulağın ikitərəfli atreziyası, ağrının hissəvi itməsi