VIII fəsil. Xoş xassəli dəri şişləri Virus etiologiyalı şişlər Dəri ziyili. Papillomaviruslar tərəfindən törədilir. Virus dəri epidermisində çoxalır, yetkin virionlar buynuz qatda rast gəlinir.
Rastgəlmə tezliyi. Dermatologiyada 4-10% xəstədə rast gəlinir.
Epidemiologiya. Travmadan sonra yarana bilər. Virus bilavasitə və ya dolayı təmasla yoluxa bilər. Gizli dövr təxminən 4 aydır.
Klinik mənzərə. Dəri ziyilinin bir neçə tipi var.
Sadə dəri ziyili (verruca vulgaris) - ən çox rast gəlinən tipidir.
Yastı ziyillər
Digitate və filiform ziyillər
Plantlar ziyillər
Accuminate ziyillər
Patologiyası. Virus epidermisin tikanlı qatının yuxarı hissəsindəki epidermal hüceyrə nüvələrini yoluxdurur. Ziyillər akantoliz, papillamatoz, hiperkeratoz və parakeratoz ilə xarakterizə olunur. Yastı ziyillərdə papillamatoz olmur. Qranulyar təbəqə qalınlaşması və hiperkeratoz yumşaq incə lövhələr şəklində akantoz olur. Accuminate ziyillərdə akantoliz və papillamatoz olur.