Melanomanın müalicəsi.
Birincili müalicə. Yeganə yol cərrahi eksiziyadır. Digər yollar palliativ və köməkçi üsullardır. Xemoterapiya və immunoterapiya tək və ya kombinasiyalı olaraq metastatik xəstəlikdə vacib rol oynayırlar. Proqnozu şübhəli olan hallarda birincili müalicə zamanı bu üsullardan da istifadə olunur. Hər xəstə ayrıca qiymətləndirilir və proqnoza təsir edən bütün amillər diqqət mərkəzinə gətirilərək müalicə planlaşdırılır. Tam bir qiymətləndirmə fiziki müayinə, laborator və radioqrafik müayinələrlə birlikdə aparılır. Bədxassəli melanoma insan maliqnizasiyaları arasında hər hansı bir orqana yayılma meyli ən az olan şişdir. Xəstənin aşağıdakı klinik mərhələlərdən birinə daxil edilməsi mümkündür :
I mərhələ - Xəstəlik birincili nahiyədə məhdudlaşır.
II mərhələ - Birincili nahiyədən regionar limfa düyünlərinə metastazlar mövcuddur. Bu qrup birincili olmayan melanomanı da əhatə edir.
III mərhələ –Uzaq regionar limfa düyünlərinə metastaz mövcuddur və ya birincili nahiyədə xəstəlik dəri və subkutanoz toxumaların hamısını əhatə etmişdir.
I mərhələdə xəstəliyin klinik tipindən asılı olmayaraq müalicədə geniş lokal eksiziya aparılır. Törəmə kənarlarından ən az 5 sm, hətta mümkünsə, limfatik axın istiqamətində 10 sm eksiziya aparmaq lazım olur. Altındakı əzələ fassiyasının götürülməsi standart bir qaydadır. Lakin Olsenə görə bu, proqnoza pis təsir edir.
Birincili törəmənin geniş eksiziya ilə çıxarılması ilə yanaşı neoplastik hüceyrələr tərəfindən yoluxmuş limfatik yatağın da çıxarıldığına inanılır. Lokal residiv həm xəstəliyin klinik mərhələsinə, həm də anatomik nahiyəyə görə dəyişir. Baş və boyun nahiyəsində residiv gövdə və ətraflara nisbətən daha çox müşahidə olunur.
Dostları ilə paylaş: |