Regionar perfuziya. Bu metod ətraflardakı II mərhələ törəmələrində istifadə olunur. Bu zaman ən çox fenilalanin xardalı istifadə olunur. Perfuziya metodunun təsiri ətrafların hipertermiyası ilə artırıla bilər. Bu metod I mərhələdə yaşamada 15 illik artım verir, II mərhələdə lokal residivlərin azalması yaşama faizinin ikiqat artmasını təmin edir, III mərhələdə isə xəstənin ömrünü bir müddət uzada bilir. Bu metod hələ də standart istifadə olunmur.
Xəstəliyin III mərhələsində, yəni inkişaf etmiş mərhələdə yaşamanı artırmaq üçün II mərhələdə istifadə olunan bütün metodlar tətbiq olunur. Bu metodlar tək, yaxud kombinasiyalı istifadə etmək olar. Adyuvant metodlardan əvvəl cərrahi müdaxilə aparılır.
Dostları ilə paylaş: |