Şüa terapiyası. Melanomalar şüa terapiyasına ən davamlı şişlərdir. İlkin melanomada aparılan şüa terapiyasının qiymətləndirilməsi çətindir. Serebral metastazlı gecikmiş xəstələrə tətbiq olunduqda qismən yaxşılaşma müşahidə olunur. Şüa terapiyasının ikincili təsiri melanomanın ətrafındakı limfa damarlarını daraldaraq metastazların qarşısını almaqdır.
Sarkomalar Sarkoma yumşaq toxumanın bədxassəli şişləridir. Mezodermal mənşəlidir və birləşdirici toxuma, piy, əzələ və qan damarlarından inkişaf edə bilər. Stout 21 cür bədxassəli yumşaq toxuma şişləri müəyyən etmiş və aşağıdakı kimi xarakterizə etmişdir: