Yanıq olan xəstədə yaranan maye itkisi və ödemin yaratdığı hipovolemik şokun qarşısını almaq məqsədilə istifadə olunan çoxsaylı formulalar var. Burada ən çox istifadə olunan 4 formuladan bəhs olunacaq.
Evans formulu:
İlk 24 saatda:
Kolloid: 1 cm3 x bədən çəkisi (kg) x yanıq %-i
0,9% NaCl: 1 cm3 x bədən çəkisi (kg) x yanıq %-i
Gündəlik su ehtiyacı: 5% qlükoza məhlulu 2000 cm3və ya 1500 cm3
Yanıq faizi 50%-dən böyük olan yanıqlar 50% kimi hesablanır. Hesablanan mayenin yarısı ilk 8 saatda, digər yarısı isə 16 saatda verilir.
2-ci gün:
İlk 24 saatda hesablanan kolloid və elektrolit məhlullarının cəminin yarısına gündəlik maye ehtiyacı əlavə olunur.
Brooke Formulu:
İlk 24 saatda:
Kolloid: 0,5 cm3x bədən çəkisi (kg) x yanıq %-i
Elektrolit: 1,5 cm3x bədən çəkisi (kg) x yanıq %-i
Gündəlik su ehtiyacı: 5% qlükoza məhlulu 2000 cm3və ya 1500 cm3
Hesablanan mayenin yarısı ilk 8 saatda verilir.
2-ci gün:
İlk 24 saatda hesablanan kolloid və elektrolit məhlullarının cəminin yarısına gündəlik maye ehtiyacı əlavə olunur və bu cür verilir.
Uşaqlarda 30%-dən böyük yanıqlarda hesablamalar 30% qəbul edilərək əlavə olunur.