Bu formul ilə hesablanan maye miqdarı 6 periodda tətbiq olunur (şəkil 66). Periodlar 4-4-4-6-6-12 saatlıqdır. Xəstə yandıqdan 2 saat sonra gətirilibsə, yerdə qalan 2 saat ərzində ilk 4 saatlıq period üçün hesablanan miqdar verilir. Hər period üçün maye miqdarını tapmaq üçün bədən çəkisini yanıq sahəsinə vurub, alınan nəticəni ikiyə bölürlər.
Şəkil 66.......
İlk periodda plazma təyin edilir. Sidik ifrazı yaxşıdırsa plazma 5% qlükoza məhlulu ilə əvəz edilir. Sidik azaldıqca plazma artırılır. Həmçinin, hər 24 saatda 2000 cm3 maye fizioloji ehtiyaca əsasən əlavə edilir.