Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Hospitalizasiyaya ehtiyac olan yanıqlı xəstələr



Yüklə 0,54 Mb.
səhifə217/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   213   214   215   216   217   218   219   220   ...   303
Hospitalizasiyaya ehtiyac olan yanıqlı xəstələr:

  1. Yaranın təmizliyi. Mexaniki təmizləmə ideal olaraq duş ilə və ya Hubbart çənində aparılır. Su ilə ölmüş toxumalar və istifadə olunan kimyəvi dərman preparatları yaradan təmizlənir. Çəndə aparılan təmizləmədə xəstəyə hərəkət ilə reabilitasiya aparıla bilər.

  2. Açıq müalicə üsulu. Ekspozisiyalı müalicə metodu kimi tanınan bu metod üz və genital nahiyə yanıqlarında, uşaqlarda və bədənin ön hissəsi yanmış xəstələrdə tətbiq edilir. Yara təmizləndikdən sonra yanıq yarası açıq saxlanılır və banal infeksiyaların qarşısını almaq üçün üzərinə antibakterial spreylər vurulur. Yaranın üzəri 48-72 saat müddətində qabıqla örtülür. Bu qabıq yanıq səthini 10-15 gün müddətində xarici təsirlərdən müdafiə edir. Bundan sonra bakteriyaların fermentativ təsiri ilə çatlayır və infeksiyalaşmağa başlayır. Bu zaman infeksiyalaşmış yanıq müalicəsinə, yəni qapalı metodla müalicə başlanır. Hubbart çənində mexaniki təmizlik və lazım olsa, yara nekrotik toxumalardan təmizlənir.

  3. Qapalı müalicə üsulu - adətən, ətrafların yanıqlarında və əl yanıqlarında istifadə olunan bir metoddur. Yanığın üzərinə antibiotikli məlhəm və onunla birlikdə vazelinli bintlər, həmçinin lokal anestetiklər də istifadə olunur. Üzərinə bir neçə sıra tampon və sarğı qoyulur. Bu sarğı gündə bir-iki dəfə dəyişilir. Gümüş nitrat sarğılarını da qapalı metodlara aid etmək olar.

  4. Mexaniki işləmə. Qaysaq yumşalmağa başladıqda ölmüş toxumalar və qaysaq yanıqdan ayırılmalıdır. Əlavə olaraq yaranı təmizləmək üçün isladılmış sarğılar tətbiq olunur (məsələn, gümüş nitrat). Qurumuş tamponu yaradan ayırdıqda ağrılı olur, lakin ölmüş toxuma tampona yapışaraq yaradan ayrılır.

  5. Enzimatik işləmə. Bacillus subtilis-dən əldə edilən ferment ilə aparılır. Nekrotik toxumalara təsir edir. Sepsisin qarşısını almaq üçün antibakterial dərman maddələri ilə birlikdə istifadə olunur. 15%-dən artıq geniş sahəyə sürtülməməlidir. İstifadəsi məhduddur.

  6. Eksizional müalicə. Qaysağın kənarlaşdırılmasının müxtəlif metodları vardır:

  • Spontan kənarlaşma - yaradakı bakteriyaların fermentativ fəaliyyəti nəticəsində baş verir,

  • Enzimatik işləmə,

  • Mexaniki işləmə .

  1. Cərrahi olmayan:

  • Vanna (hidroterapiya)

  • Yaşdan quruya doğru sarğı.

  1. Cərrahi eksiziya:

  • Tam qalınlıqda eksiziya (skalpel ilə),

  • Tangesial eksiziya (Hambi bıçağı ilə).

Cərrahi eksiziya yanıq yarasındakı ölmüş toxumaların təmizlənməsində ən effektli metoddur. Bu zaman həm bakterial invaziyanın mənbəyi olan qaysaq aradan götürülür, həm də qreftləmə üçün münasib bir şərait yaranır. İki forması var:

  • Tam qalınlıqda eksiziya. Bütün dermanı əhatə edən yanıqlarda göstərişdir. Eksiziya fassiyaya qədər aparılır. Çünki, fassiya dərialtı piy toxumasından daha yaxşı qreft yatağı əmələ gətirir. 4-5-ci günlərdə tətbiq olunur. Xüsusilə, qol və əl yanıqlarında daha funksional nəticələr verdiyi üçün məsləhət görülür.

  • Tangesial eksiziya. Bu metodda yanıq qaysağı incə təbəqələr şəklində petexial qanamalar olana qədər Hambi əl bıçağı ilə götürülür. Metod 3-7-ci gün arasında tətbiq olunur.

  1. Bioloji sarğı. Yara hər hansı bir metodla nekrotik toxumadan təmizləndikdən sonra tətbiq oluna bilər. Bioloji sarğı olaraq, homoqreft, heteroqreft (liofilizasiya edilmiş donuz dərisi), amnion membranı, sintetik dəri əvəzediciləri istifadə olunur. İkini dərəcəli yanıqlarda tətbiq olunduqda yara homoqreft və ya heteroqreft ilə epitelizasiya ola bilir. Üçüncü dərəcəli yanıqlarda isə bioloji sarğı tam qalınlıqdakı qüsuru autoqrteftləmə üçün hazırlanır və xəstənin autoqreftlə yekun müalicə aparılana qədər yaradan maye itkisinin qarşısını alır. Amnion membranı ən asan və ən ucuz bioloji sarğıdır. Şəffaf olduğuna görə sarğının altındakı toxumalar asan nəzərə çarpır. Tətbiqi asandır. Sürüşməməsi və qurumaması üçün sıx sarğı tətbiq olunmalıdır.

  2. Yaranın qreftlənməsi. Tam qalınlıqda yanıq yarasının yekun müalicəsi qreftləmə ilə aparılır. Əməliyyatdan öncə bakterioloji müayinə ilə yara streptokok infeksiyası araşdırılır, belə ki, β-hemolitik streptokok qrefti lizis edə bilir. Yara toxumasının 1 qr-da 105-dən çox bakteriyanın olması qreftləməyə əks göstərişdir. Bu müddətdə yaranı hazırlamaq və autoqreftin tutub-tutmayacağını müəyyən etmək üçün bioloji sarğı istifadə oluna bilər. Qreft dermatomla götürüldükdən sonra yaraya köçürülür. Donor sahə məhduddursa, tor (mesh) qreft istifadə olunur. Qreftlənən ətrafa müvafiq vəziyyət verilir və immobilizasiyanı təmin etmək üçün şinalardan istifadə olunur. Əməliyyatdan 48 saat sonra qrefti müşahidə etmək, sonra hər gün sarğılarla qreftin altındakı infeksiyaya nəzarət etmək lazımdır.

  3. Yara sepsisi. Yanıq yarası toxumasının 1 qr-da 107-dən çox bakteriya varsa sepsis kimi qəbul edilir. Bu zaman xəstənin vəziyyəti pisləşir, hipotermiya və ya hərarət olur. Hipotenziya, taxipnoe, taxikardiya, bağırsaq keçməzliyi, ruhi sferada dəyişiklik, sidik ifrazının azalması, yüksək leykositoz, trombositopeniya, hiperqlikemiya, metabolik asidoz və hipoksiya müşahidə olunur. Müalicə yaranın bakterioloji nəzarətindən və sistem xarakterli müalicədən (venadaxili mayelər, qan transfuziyası, sistemli antibiotik) ibarətdir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin