XII fəsil. Əl cərrahiyyəsi Anadangəlmə əl anomaliyaları Anadangəlmə əl anomaliyaları təqribən 600 doğuşdan bir müşahidə olunur. Deformasiyalar irsi ola bilər, yaxud ətraf mühit amilləri, radiasiya və infeksion xəstəliklər nəticəsində inkişaf edə bilər.
Əl anomaliyalarının beynəlxalq təsnifatı (Swanson): Ətrafların inkişaf çatışmazlığı: Köndələn istiqamətli (bədənin şaquli oxuna perpendikulyar) çatışmazlıqlar:
Anadangəlmə amputasiya - proksimal hissəsi normaldır, bağ daralması ilə birlikdə ola bilər.
Bədənin şaquli oxu istiqamətli çatışmazlıqları:
Fokomeliya - qolda uzun sümüklərin inkişaf etməməsi nəticəsində ətrafların bilavasitə gövdəyə bitişməsi şəklində anomaliya. Komplekt, proksimal və distal olmaqla üç yerə ayrılır.
Radial çatışmazlıqlar - radiusun (milin) hissəvi olmaması, mil-bilək və baş barmağın olmaması. Dirsək qısa, qalın və əyridir. Əl 900-li bucaq altında saidə radial deviasiya edir. 4 forması vardır:
Mərkəzi hissənin çatışmazlıqları (cleft hand - yarıq əl) - əlin mərkəzində “V” şəklində yarıq vardır. Split hand və ya lobster claw hand kimi də adlanır.
Ulnar çatışmazlıqlar:
proksimal və distal epifiz mövcuddur, ulnar hipoplaziya;