Hiperplaziya (Overgrowth): Makrodaktiliya - adətən, ikinci və üçüncü barmaqda yumşaq toxumaların, xüsusilə, sinir toxumasının ifrat dərəcədə inkişafıdır.
Hipoplaziya (undergrowth): Braximetakarpial - metakarpların qısa olması.
Braxiphalangeal - falanqaların qısa olması.
Anadangəlmə bağ sıxılması sindromu (fetal amputasiya), annular qüsur.
Yayılmış sümük anomaliyaları : Madelang deformasiyası - radiusun distal tərəfinin dorsal və laterala əyilməsi ilə xarakterizə edilən epifiz anomaliyasıdır.
Əl infeksiyaları Paronychia. Dırnaq yatağının Staphylococcus aureus etiologiyalı infeksiyasıdır. Manikür alətlərindən istifadə səbəbindən baş verə bilər, dırnaq lövhəsinin küncündən başlayaraq inkişaf edir, müalicə drenaj etməklə aparılır.
Phelon. Dırnaq yatağı pulpasının infeksiyasıdır. Pulpaya təzyiq etdikdə fibroz arakəsmə səbəbindən ağrı olur. Müalicə antibiotik tətbiqi, insiziya, drenaj etməklə aparılır.