Sinirin funksiyasının müəyyən olunması: Median sinir: Biləkdən yuxarı kəsiklər olduqda baş barmaq, ikinci və üçüncü barmaqda, dördüncü barmağın yarısında hissiyat itir. Baş barmaq oppozisiya edə bilmir. Dirsəkdən yuxarı kəsiklərdə əl aktiv pronasiya edə bilmir, ikinci və üçüncü barmaq DİF-i aktiv fleksiya edə bilmir.
Ulnar sinir: Beşinci barmaq hissiyatını itirir. Bilək səviyyəsindəki kəsiklərdə sümükarası əzələlərin iflicində əli açıq vəziyyətdə düz bir səthə qoyduqda barmaqlar bükülüb-açıla bilmir. Baş və şəhadət barmaqlar vassitəsilə çimdik tutma zəifləyir.
Radial sinir. Yalnız dirsək səviyyəsindəki kəsikdə MF ekstansiyası, dirsəkdən yuxarı kəsikdə bilək ekstansiyası pozularaq sallaq əl inkişaf edir. Əl və barmağın proksimal dorsal hissəsi hissiyatını itirir.
Cərrahi işlənmə, toxumaların bərpası, dərinin bağlanması, sarğı, antibiotik və tetanus profilaktikasından ibarət müalicə tətbiq olunur. Vətər tikişləri üçün ipək, etilon, prolen, neylon (4/0) istifadə olunur. Kəskin vətər zədələnmələrində 5 cür müdaxilə tətbiq olunur:
Erkən və gec tenoqrafiya.
Dərinin bağlanması və 6 həftə ilə 6 ay arasında ikincili vətər qrefti ilə bərpa.
Birincili vətər qrefti.
Tenodez və ya artrodez.
Vətərin qlafı olmazsa silikon çubuq qoyulur, sonra isə vətər qrefti ilə bərpa edilir.