Açıcı vətər zədələnmələri. Proksimal falanqanın 2/3 hissəsinin proksimal hissəsinə qədər tək hissə olan vətər, burada 2 lateral bağ və bir mərkəzi slip olmaqla 3 hissəyə ayrılır. Mərkəzi hissə PİF oynağını dorsaldan çarpazlayaraq MF-in proksimal ucuna bağlanır. Lateral bağlar isə PİF oynağını daha lateraldan və orta falanqanın dorsal lateralından keçərək son falanqanın proksimalına bağlanır.
Açıcı vətər zədələnmələri 5 cür olur :
Çəkic barmaq (mallet finger),
Orta slip zədələnməsi (Boutonnier deformasiyası),
Extensor hood zədələnmələri (MF oynaq xəttində),
Əlin üstündə vətər zədələnmələri,
Said və biləkdəki zədələnmələr.
Çəkic barmaq. Açıcı vətərin distal falanqaya bağlanan yerindən qopması nəticəsində baş verir. 4-6 həftə müddətində şina ilə konservativ müalicə, yaxud cərrahi müalicə aparılır.