Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Dəri klipsləri (agraf). Bəzi cərrahlar tərəfindən istifadə olunur. İstifadə etmək üçün Michel pinseti lazımdır. Çapıq yaratdığı üçün geniş istifadə olunmur



Yüklə 0,54 Mb.
səhifə24/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   20   21   22   23   24   25   26   27   ...   303

Dəri klipsləri (agraf). Bəzi cərrahlar tərəfindən istifadə olunur. İstifadə etmək üçün Michel pinseti lazımdır. Çapıq yaratdığı üçün geniş istifadə olunmur.

  • Yara yapışqanları. Metil-2-sianoakrilat tərkibli maddələrdir. Lent kimi nazik bir şəkildə dəriyə sürtülür, yaxud aerozol şəklində istifadə olunur. Otaq temperaturunda, yara səthində olan və ya əlavə olunan su ilə polimerləşərək yara səthində 30 saniyə ilə 2 dəqiqə arasındakı müddətdə qatılaşırlar. İstifadədən əvvəl dərialtı tikiş qoyulmalıdır.



    Yaranın sağalması


    Yaranın sağalması həmişə təbii bir hadisə kimi qiymətləndirilir. Lakin olduqca sadə bir yara lazım olduğu kimi müalicə olunmazsa, sadəcə sağalmanın gecikməsinə deyil, həmçinin eybəcər bir çapıq yaranmasına da səbəb olur. Yara sağalması haqqında təməl biliklər müxtəlif xəstəliklərin patogenezini başa düşməyə kömək edir.

    Bir qrup ibtidai heyvanlarda itirilən üzvlərinin regenerasiya ilə tamamilə yenidən bərpa olunmasına baxmayaraq, insanlarda üzv regenerasiyası yoxdur. Lakin müxtəlif toxumaların sağalması ilə yaranan regenerasiya – epidermis, həzm traktı epiteli, traxeobronxial epitel, qaraciyər, sümük, skelet əzələləri və piy toxuması bu cür regenerasiya edə bilən toxumalara misal göstərilə bilər. Lakin original hüceyrələrini regenerasiya edən bu toxumalarda çapıq formalaşması kimi daha sadə bir bərpa üsulu mövcuddur. Çapığın son forması və funksional xüsusiyyəti, onun əvəz etdiyi hüceyrə və toxumayla müqayisədə olduqca fərqlidir. Məsələn, çapıqlaşmış ürək qapaqcığı, beyin qabığı, miokard, skelet əzələsi və dəridə funksional xüsusiyyətlərini və formalarını müxtəlif dərəcələrdə itirirlər. Yara sağalma dövrü ərəfələrində tədbiq olunacaq müalicənin məqsədi, bu çapıqlaşmanın minimum səviyyədə olması və bunun nəticəsində original xüsusiyyətlərin itirilməsinin maksimum qarşısını almaqdır.



    Həkim müxtəlif ərəfələrdə biliyindən istifadə edərək sağalan bir yarada müxtəlif faktorların hər birinə faydalı müdaxilələrlə təsir edəcəyini düşünüb, hər bir fürsəti dəyərləndirməlidir. Məsələn, iltihabi reaksiyanı uzadabiləcək infeksiya və artıq yığıntı ilə mübarizə aparmaq, yaranın təmizlənməsini istiqamətlənmək, fibroplaziya fazasını qısaltmaq məqsədilə açıq yaranı bağlamaq, kontrakturaların qarşısını almaq üçün sağalmanın tezliklə inkişaf etməsinə şərait yaratmaq - edilə biləcək ən faydalı işlərdir.

    Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   20   21   22   23   24   25   26   27   ...   303




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin