Dirsək kanalı sindromu (ingiliscə, ulnar tunnel syndrome). Trianqulyar fibroosseoz kanalda dirsək sinirinin sıxılması nəticəsində müşahidə olunur. Adətən qanqlion, lipoma və ya aberrant əzələnin təzyiqi səbəbindən baş verir. Simptomları tədricən inkişaf edir və xüsusilə əlin çeçələ barmaq tərəfində artan zəiflik, keyləşmə əlamətləri müşahidə olunur. Zəiflik və keyləşmə dərəcəsi təzyiq yerindən asılıdır. Ağrı ola bilər. Müalicədə ulnar sinir müayinə edilir, qanqlion və ya lipoma çıxarılır.
Dupuytren kontrakturası. Subkutanoz palmar toxumanın proliferativ fibroplaziyasının səbəb olduğu bir xəstəlikdir. Barmaq oynaqlarında müşahidə olunan multifokal düyünlər əsas törəmədir. Palmar fibroz toxumanın zədələnməsi kontraktura ilə nəticələnir. Palmar aponevroz və onun digital ekstensorları zədələnir. Subkutan piy toxumasında nazikləşmə, dərinin törəməyə yapışması müşahidə olunur. Ən çox 4-cü barmaq zədələnir. Çox vaxt iki tərəfli olur, 40-60 yaş arasında çox rast gəlinir, daraq-falanqa oynaqları daha çox zədələnir, simmetrikdir, adətən xəstənin düyündən başqa şikyəti yoxdur. Küt bir əl ağrısı ola bilər. Proqnoza irsiyyət, alkoqolizm, epilepsiya, diabet və mikrotravmalar təsir göstərir. Kişi və qadın 10:1 nisbətində rast gəlinir. Əldən kənarda proksimal falanqaarası oynaqların arxa səthində, plantar fassia və nadir halda corpora cavernosa təbəqəsində rast gəlinir.
Müalicəsində subkutan fassiotomiya, parsial fassiektomiya, dəri qreftləməsi ilə fassiektomiya tətbiq olunur.
Dostları ilə paylaş: |