İlk qiymətləndirmə və ilk yardım. Yaranın ilk dəyərləndirilməsi təkcə səthi müayinə ilə deyil, həmçinin dərin strukturların (sinir, vətər, oynaq, ağız suyu vəzisi, sümük və s.) ehtimal edilən yaralanmaların araşdırılmasını da əhatə etməlidir. Həmiçinin, toplanan anamnezdə diabet, ürək-damar xəstəlikləri kimi xəstəliklər, istifadə olunan dərmanlar haqqında məlumat toplanması tətbiq olunacaq müalicə baxımından əhəmiyyətli meyarlar olduğu üçün diqqət mərkəzində saxlanılmalıdır. Bərpanın birincili olaraq həyata keçirilə bilmədiyi yaralanmalar zamanı yara steril fizioloji məhlul ilə yuyulmalı, uyğun sarğı ilə steril olaraq örtülməlidir. Yuyucu maddələr yad cismlərdən və bakteriyalardan, nekrotik toxumalardan uzaqlaşdırır. Bu metod iltihab fazasını azaldaraq yarana biləcək inrinləmənin qarşısını almaq baxımından əhəmiyyətlidir.