Xoşxassəli osteoblastoma - buzlu şüşə formasında olmaqla korteksi intaktdır.
Anevrizmal sümük kistasi. Əldə çox nadir hallarda müşahidə olunur. Rentgenoloji olaraq xondroma və giqant hüceyrəli şişlərə oxşayır. Müalicəsi küretaj və qreftləmdir.
Sümüyün giqant hüceyrəli şişləri. Əldə nadir hallarda rast gəlinir.
Osteoxondroma. Əldə az rast gəlinir, əsasən falanqalarda müşahidə olunur.
Bədxassəli şişlər: Osteogenik sarkoma. Əldə nadir hallarda rast gəlinir, müalicə məqsədilə geniş lokal rezeksiya aparılır.
Xondrosarkoma. Bilək sümüklərində az rast gəlinir. Müalicə məqsədilə total rezeksiya aparılır.
Epiteloid sarkoma. Xoş xassəli olaraq başladığından diaqnostikada çətinlik yaradır. Fassiya və vətərləri əhatə edir. Müalicə məqsədilə lokal eksizya aparılır.