Əməliyyat mikroskopu - adətən, 2-60 dəfə böyüdən mikroskoplardan istifadə olunur. Mikrocərrahiyyədə 10, 12,5, yaxud 16 dəfə böyütmələr kifayət edir. Anastamoz edərkən (tikişi keçəndə) yüksək, düyün vurarkən isə tikiş alətlərini rahat idarə etmək üçün nisbətən az böyütmələrdən istifadə olunur.
Lupalar (eynəklərə taxılmış). Hər bir cərrahi xəstədə mikroskopdan istifadə çətin və vaxt aparan olduğu üçün 3 mm və daha iri diametrli damarların və ya ona oxşar strukturların bərpasında böyüdücü eynəklərdən istifadə edilir. Böyüdücü eynəklər çox böyüdə bilmədiyindən daha dərin strukturları dəqiq görmək mümkün olmur.