Əzələ zədələnməsi ilə inkişaf edən sıxılma sindromu
Yerli ağırlaşmalar :
Revaskulyarizasiyanın uğursuz olması
Ödem
Venoz durğunluğu
Arterial tıxanma
Qanaxma
Yerli infeksiya
Dəri nekrozu
Sümüyün yerdəyişməsi
İkincili rekonstruksiya. Böyük çapıqlar inkişaf etdikdə ikincili əməliyyatlardan çəkinmək lazımdır. İlk müdaxilədə replantın sirkulyasiyası haqqında fikirlər varsa vətər və sinirlərin bərpası tezləşdirilməlidir. Digital arteriyanın bərpası müddətində, adətən, digital sinirlərin bərpası mümkündürsə, aparılmalıdır.
Mikrovaskulyar sərbəst fleblər Mikrovaskulyar sərbəst fleblər kimi cərrahların marağına səbəb olan və geniş istifadə olunan rekonstruktiv metod nadir hallarda rast gəlinir.
Göstərişlər. Qüsurun bağlanması üçün ən asan və yaxşı metod hesab olunur. Az riskli, qısa zamanda həyata keçirilən və asan tətbiq olunan dəri qreftləri və lokal fleblər həmişə maraq dairəsində olmuşdur. Amma bunlar mümkün olmadıqda cərrah uzaq fleb köçürülməsi barədə fikirləşməlidir. Mikrovaskulyar sərbəst fleblər travma, yanıq, xərçəng, şüa-nekroz, yanıq kontrakturası, anadangəlmə anomaliyalar kimi xəstəliklərin müalicəsində, həmçinin həyati strukturların açıq qalmasına səbəb olan geniş dəri qüsurlaında istifadə olunur.
Üstünlükləri:
Mikrovaskulyar sərbəst fleblər sadəcə bir əməliyyat seansında icra olunur. Hospitalizasiya daha az zaman aparır və daha ekonomik olur.
Mikrovaskulyar sərbəst fleblərdə az elevasiya və çox qısa müddətli immobilizasiya tələb olunur.
Donor sahə kosmetik görünüşü pozmur - mikrovaskulyar sərbəst fleblər adətən birincili bağlanması mümkün olan və görsənməyən qasıq nahiyəsindən götürülür.
Flebin vaskulyarizasiyasının yaxşı olması - mikrovaskulyar sərbəst fleblər çox yaxşı vaskulyar strukturlara və güclü sirkulyasiyaya malik olduğu üçün donor sahənin qidalanmasına müsbət təsir göstərir.
Mikrovaskulyar sərbəst fleblər haqqında məlumatlara əsasən bu metodun çox pilləli fleb tranferləri ilə eyni etibarlıqda olması bildirilir.
Əyilmə və bükülmə qabiliyyəti. Klassik deltopektoral sahə, skalp, alın və müxtəlif dəri-əzələ sahələrinin donor kimi istifadə olunması ilə dəri flebləri əvvəllər mümkün olmayan ölçü, toxuma strukturu, qalınlıq və müxtəlifliyə malik olmuşdular.