Qopmuş fleblər. Bu tip zədələnmələrdə əzilmə də əsas rol oynayır. Sümük, sinir, vətər, əzələ kimi strukturlar bu zədələnmə nəticəsində açıq qalır. Fleb ilə örtmək çətinlik yaradır. Bu məqsədlə ayaqcıqlı fleblər və mikrovaskulyar sərbəst fleblər istifadə olunsa da, qopmuş flebin yerinə köçürülə bilməsi də nəzərdə saxlanmalıdır.
Piylik transplantasiyaları.Döş qəfəsi və qarın divarları defeklərinin bərpasında, qoltuqaltı və qasıq nahiyələrində limfatik ödemin qarşısını almaq üçün bəzi cərrahlar vaskulyar ayaqcığa malik böyük piyliyin köçürülməsindən istifadə edirlər. Mikrovaskulyar anastamoz müxtəlif qüsurlada daha sonra üzərinə qreft qoymaqla, fassiyal atrofiyalarda isə doldurmaq məqsədi ilə istifadə oluna bilər.