Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə27/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   23   24   25   26   27   28   29   30   ...   303

Normal halda, streptokok kimi fibrinolitik enzimlərə malik infeksiyalar istisna olmaqla, iltihabi fazada yara daxilinə toxumadan keçən plazma mənşəli fibrin laxtaları ilə lokal limfa damarları obstruksiyaya uğrayırlar. Beləliklə, iltihab yerli bir proses olaraq qalır, lakin streptokok kimi infeksiyalarda fibrinolitik aktivlik ilə laxtanın həll olması nəticəsində obstruksiya aradan götürülür, iltihab və infeksiya sürətlə yayıla bilir.

Leykositlərin damarlardan yara daxilinə xemotaksis vasitəsilə keçməsi nəticəsində yarada hüceyrə ilə zəngin bir mühit inkişaf edir. Leykositlər yara daxilində bakteriya və yad agentləri faqositoz edirlər. Aktiv faqositoz edən polimorf nüvəli leykositlər və monositlər əvvəlcə damar daxilindəki nisbətlərə uyğun konsentrasiyalarda yara daxilinə keçdikləri üçün kəskin yarada polimorf nüvəli leykositlərin sayı daha çox olur, lakin, monositlərə nisbətən onların ömürləri qısa olduğu üçün xronik iltihablı yarada monositlərin sayı daha çox olur. Polimorf nüvəli leykositlər məhv olduqda hüceyrə daxili fermentləri ilə parçalanma məhsulları yaranın daxilinə keçirərək yara eksudatının və irinin bir hissəsini təşkil edir. Bu eksudat mikrob iştirakı olmadan da inkişaf edə bildiyindən, bəzən yara steril də ola bilir. Steril olmasına baxmayaraq irin yara sağalmasına mənfi təsir göstərərək sağalmanı gecikdirir, hətta tamamilə qarşısını ala bilir. Bu zaman yara daxilindəki monositlər makrofaqlara çevrilirlər ki, bu da yad agentlərin və bakteriyaların faqositozunu asanlaşdırır. Əksər təmiz yaralarda kəskin iltihab bir neçə gün ərzində itir və bərpa fəaliyyəti başlayır. Lakin bakteriya və yad maddələrlə həddən artıq yoluxmuş xəstələrdə iltihab davamlı olaraq qalır və sağala bilmir. Xronik iltihabi reaksiya nəticəsində fibroblastlar yara kənarına çəkilir və makrofaqlar hər bir yad agent ətrafında kollagen divar əmələ gətirir. Beləliklə, qranulomalar inkişaf edir.


  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin