Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə272/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   268   269   270   271   272   273   274   275   ...   303
Differensial diaqnoz. Diaqnoz, adətən, anamnez və fiziki müayinə əsasında qoyulur. Digər simptomlarla birlikdə olmayan və getdikcə inkişaf edən limfatik ödem xarakterikdir. Klassik olaraq qadınlarda topuqdan yuxarıya doğru ilk menisturasiyada, ya da hamiləlikdə başlayır. Xroniki ödem basdıqda iz salmayan elastik konsistensiyalı olması ilə ürək və böyrək çatışmazlıqları, hipotiroidizm və aldosteronizmdə əmələ gələn ikincili, yumşaq, basdıqda iz salan ödemdən fərqləndirilməlidir.

Adətən, qapaq çatışmazlığı ilə, eləcə də venoz patologiyalarla əlaqədar olan xroniki ödem kapillyar təzyiqin artması və dolayısı ilə kapilyar perfuziyanın azalmasına səbəb olur. Uzun müddət davam edən xəstələrdə, pis perfuziya və toxuma anoksiyasına bağlı olaraq dəridə xoralar əmələ gəlir. Dəridə fibroz dəyişikliklərin əmələ gəlməsi xarakterikdir.

Venoz ödem yataq istirahəti ilə bir neçə saat müddətində itsə də, limfatik ödem bir neçə gün davam edir. Son diaqnoz venoqrafiya və limfaqrafiya ilə qoyulur.

Limfangiomalar yumşaq konsistensiyalı olub, sıxdıqda kiçilirlər. Lokalizasiyasına görə və süngərvari srukturların olmasına görə kistik hiqromalardan, yataq istirahəti ilə keçməmələrinə görə limfatik ödemdən fərqlənirlər. Müalicə kistik strukturun eksiziyasıdır. Düzgün müaliə aparılmadıqda residiv mümkündür.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin