Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə274/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   270   271   272   273   274   275   276   277   ...   303
Cərrahi müalicə. Konservativ müalicə effekt vermədikdə cərrahi müalicə haqqında düşünülməlidir. Limfatik ödemli xəstələrin az bir qismində cərrahi müalicəyə göstəriş vardır:

  • Funksional pozğunluqlar. Ətrafların hədsiz ağırlaşması normal aktiv hərəkətə mane olduğundan xəstələrdə ağrılara və yorğunluğa səbəb olur.

  • Kosmetik səbəblər. Limfatik ödem xüsusilə, gənc qadınlarda kosmetik baxımdan problem yaradır. Simmetriyanın saxlanması çətin olur və meydana gələ bilən çapıqlar da nəzərdə saxlanmalıdır.

  • Təkrarlanan limfangitlət. Düzgün qulluq və antibiotik terapiyası kifayət etmirsə, cərrahi müdaxiləyə göstəriş vardır.

Limfatik ödemin cərrahi müalicəsində bugünə qədər müxtəlif proseduralar yoxlanılmış, ancaq bunların çoxu uğursuz olmuşdur. Cərrahi müdaxilələr, əsasən, iki qrupa bölünür.

  1. Fizioloji əməliyyatlar. Bu metodda limfatik drenajı lokal, uzaq və yaxud mikrovaskulyar anastamozlarla təmin etməyə çalışırlar.

  1. Limfatik rekonstruksiyalar:

  1. Alloplastik implantlar - yad cisim reaksiyası və fibrozun inkişafına görə uğursuz ola bilir.

  2. Mikrolimfatik bərpa - limfa damarları ilə venalar arasında mikrovaskulyar anastamozlar aparılır. Nə qədər çox sayda anastamoz edilsə, o qədər də uğurlu nəticə alınır.

  3. Düyün-venoz anastamozları - yarıya bölünmüş limfa düyününün kəsilmiş səthinə vena anatstamozu edilir. Fibroz inkişaf etdiyindən, sonralar axın dayanır.

  1. Fleb metodları:

  1. Lokal dəri flebləri. İlk dəfə olaraq Gilles tərəfindən yoxlanmış və uğurlu olmadığı müəyyən olunmuşdur.

  2. Güdüllü dermal fleb əməliyyatı (Tompson). Səthi limfa axınının dərin limfa damarları sisteminə çatdırılmasını təmin edir.

  3. Omental fleb trasnpozisyası. Piyliyin tərkibində həmişə limfa olmadığı üçün və müəyyən müddətdən sonra ağır peritonitlər baş verdiyi üçün bu metodun da tətbiqi yol verilməzdir.

  1. Eksizyonal əməliyyatlar. Bu əməliyyatlar dəri və dərialtı limfaödematoz toxumaların eksizyasından ibarətdir.

  1. Total dərialtı eksizya və qreftləmə. Əzələ fassiyasına qədər eksizya edildikdən sonra qüsur sağlam nahiyələrdən alınan dəri qreftləri ilə bərpa edilir (Çarlz əməliyyatı).

  2. Hissəvi eksizya. Limfatik ödem olan toxumanın azaldılmasına istiqamətlənən bir metoddur (Kondoelon-Sistrank metodu).

Bütün bu əməliyyatların müxtəlifliyinə baxmayaraq, normal limfa dövranının təmin olunması və limfatik ödemin qarşısını almaq hələ də mümkün deyil.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin