Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə279/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   275   276   277   278   279   280   281   282   ...   303
Xorda rezeksiyası. Aparılan əməliyyatda uğurlu bir nəticə əldə etmək üçün fibroz toxuma mütləq tamamilə təmizlənməlidir. Bu, bir və ya iki seansda aparıla bilər. Uzun illər cərrahlar hipospadiyanın yenidən əmələ gəlməsini (residiv verməsini) anlaya bilmirdilər. Bunun yeganə səbəbi tam təmizlənməyən fibroz toxumadır. Bu toxuma tam rezeksiya olunduqda, hematoma və ya infeksiyadan sonra inkişaf edən fibroz toxumadan başqa, residiv baş verə bilməz.

Uretroplastika. Tək seanslı əməliyyatlarda əməliyyatın ikinci hissəsi, iki seanslı əməliyyatlarda isə əməliyyatdan 6 ay sonra aparılan müdaxilədə məqsəd dəri qrefti və ya lokal fleblərdən istifadə edərək uretranın fomalaşdırılmasıdır. Bunun üçün mütəlif cərrahlar tərəfindən müxtəlif metodlar təklif olunmuşdur. Bunlarda ən çox istifadə olunanları aşağıdakılardır:

  • İki seanslı hipospadya əməliyyatları – Byars, Denis-Brouine, Rikketson metodları;

  • Tək seanslı hipospadya əməliyyatları - Broadbent və Vulf, Des prez və Perski, Toksu, Hodgson, Hinderer, Mustardi, Horton Devin metodları;

Uzun zamandır ən çox istifadə olunan metod - Denis Brouine metodudur. Bu zaman meatus-un kənarlarından penisin cismi boyunca bir-birinə paralel iki kəsik aparılaraq mərkəzdə meatus da daxil olmaqla bir dəri zolağı qalır. Bu zolağın kənarları götürülmür. Yanlarda qalmış penis dərisinin aşağısına geniş dəri qoyularaq mərkəzdəki zolağın üzərindən keçirilir və beləlikə, meatus-u da əhatə edən zolaq formalaşdırılır. Fleb şəklində götürülən dəri, digər tərəfdəki kəsik xəttinə tikildikdən sonra müdaxilə sona çatır. Sağalma zamanı zolaq kənarından epitelizasiya getdiyindən uretra formasında boru əmələ gətirir. Sadə bir əməliyyat metodu olmasına baxmayaraq, diqqətli aparılmalıdır, əks halda fistula və strukturalar əmələ gələ bilər.

Şəkil...


Hipospadiyanın müalicəsində çox istifadə olunan və olduqca uğurlu olan digər bir metod isə Horton və Devin adlı alimlərin təklif etdiyi əməliyyat metodudur. Horton-Devin metodu xordanın tapılıb-tapılmamasına görə və meatus-un yerləşmə yerinə görə fərqlənir. Penil, proksimal penil və perineal vəziyyətlərdə müxtəlif kəsiklər və uretroplastika metodları təklif edən Horton-Devin, uretranı bərpa edərkən sərbəst dəri qreftləri və ya rotasiyon fleblərdən istifadə etməyi, həmçinin meatus-u glans-ın zirvəsinə gətirərkən “V” şəklli fleblərdən istifadə etməyi məsləhət görürlər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin