Epispadiya və kisə ekstrofiyası
Epispadiya və kisə ekstrofiyası xarici cinsiyyət orqanlarının anadangəlmə deformasiyaları olaraq qəbul edilir. Bu, sidik kisəsinin ön divarı, qarın və penisin dorzal səthinin normal inkişafında çatışmazlıq və ya ləngimələr nəticəsində baş verir. Embrioloji olaraq dəqiq aydınlaşdırılmasa da, bu qüsurlar eyni inkişaf pozğunluğun müxtəlif dərəcələri kimi düşünülür. Bu deformasiyaların aşağı uregenital sitemin inkişafdan qalması, yaxud da kloaka membranının anomaliyası nəticəsində yaranması dəqiq bilinmir. Ekstrofiya ailədə, adətən, bir nəfərdə müşahidə olunur, digərlərində nadir hallarda müşahidə oluna bilər. Beləliklə, deformasiyalı uşaqları olan ailədə digər bir uşaqda bu deformasiyanın əmələ gəlmə riski çox aşağıdır.
Tam epispadiya ilə müşahidə olunan kisə ekstrofiyası ən çox müşahidə olunan formadır. 30.000-40.000-də bir uşaqda müşahidə olunur. Kişilərdə 3-4 dəfə çox rast gəlinir. Tam epispadiya və yarıq klitor həmişə kisə ekstrofiyası ilə birlikdə olur. Kisə ekstrofiyası, epispadiyadan 4 dəfə çox rast gəlinir.
Dostları ilə paylaş: |