Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə284/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   280   281   282   283   284   285   286   287   ...   303
Vaginal ageneziya

Vaginanın anadangəlmə olmaması 4000-5000 doğuşdan bir rast gəlinir. Hissəvi və tam vaginal ageneziya bəzi ümumi klinik simptomlara malik olmaqla, həmçinin fərqli sindromları da özündə birləşdirir.



Embriologiyası. Etiologiyasını tam ayınlaşdırmaq üçün sidik-cinsiyyət traktının normal inkişafını bilmək vacibdir. Hamiləliyin təqribən beşinci həftəsində fərqliləşmiş cinsiyyət vəziləri, sidik-cinsiyyət tavanından ayrılmağa başlayır. Yumurtalıq və ya testis istiqamətində olan fərqlilik embriondakı cinsiyyət xromosomları ilə əlaqədardır. Bu vəzilərin fərqliləşməsi ilə eyni zamanda nefrotik xordadan mezonefroz (ara böyrək) inkişaf edir. Bu primitiv ekskretor orqanlar kloakaya qədər uzayaraq mezonefrik və ya Volfian kanallarına bağlanan bir qrup borucuqlardan ibarətdir. Mezonefrik axacaq sidik-cinsiyyət cibinin içərisinə tökülür. Sidik axarları bu açılma nahiyəsindən - divertikulyar bir strukturdan qaynaqlanır. Sidik axarlarının bu inkişafı əsasında sonralar böyrəyə çevrilən metanefrozun inkişafı da müəyyən edilir. Metanefroz normalda çanaq daxilində inkişaf edir və yetişmiş böyrək qalxaraq normal vəziyyətə gəlir (belə embrioloji inkişaf vaginal atreziya ilə birlikdə rast gəlinən böyrək anomaliyalarının da səbəblərini açıqlayır).

Əgər embrion dişidirsə və primitiv yumurtacıqlara malikdirsə, testikulyar strukturlar müşahidə olunmur, Volfian kanalları regresiyaya uğrayır və Müller kanalları inkişaf edir. Yetkin bir qadında Qartner axacağı, yumurtalıq artımları və yumurtalıqlar da Müller kanallarından inkişaf edir.

Hamiləliyin 16-cı həftəsində hər iki Müller axacağının sidik-cinsiyyət cibinin arxa divarı səviyyəsində birləşib, iki mənfəzə malik tək bir axacağa çevrilərək dəyişikliyə uğrayır. İki mənfəz arasındakı çəpər sonralar itərək uşaqlığı əmələ gətirirlər. Bu arada Fallop boruları da Müller kanallarının birləşməmiş üst tərəfindən inkişaf edir. Hamiləliyin 8-ci həftəsində iki məfəzli axacaq formasında olan, urogenital ciblə birləşən Müller kanallarının bu birləşmə yerində meydana gətirdiyi tək xorda şəklində olan bir cüt sinovaginal qabarıqlıq əmələ gəlir.Vaginal səhifə kimi adlandırılan bu törəmə uşaqlığın inkişafından 4 həftə sonra, yəni 22-ci həftədə əsl vaginaya çevrilməyə başlayır.

Klassik embrioloji məlumatlar, boruların, uşaqlığın, uşaqlıq boynunun və vaginanın 70-80% proksimal hissəsinin Müller axacağından, vaginanın yerdə qalan distal eksternal hissəsinin isə urogenital sinus mənşəli olduğunu bildirir. Hər iki strukturun birləşmə yerində qızlıq pərdəsi müşahidə olunur. Amma son zamanlar irəli sürülən hipotezaya görə qızlıq pərdəsi Müller axacaqlarından və urogenital sinuslardan əmələ gəlir. Xarici cinsiyyət orqanları isə androgen və ya estrogenin təsiri ilə hər iki cinsdə müşahidə olunan cinsi qabarıqlardan (hündürlüklərdən) təşəkkül tapır.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin