Vaginal ageneziyanın müalicəsi. Aşağıdakı müalicə metodları mövcuddur:
Mak-İndoe əməliyyatı - aralıq müdaxilələri ilə vaginanın öz normal yerinə gətirilməsi üçün hissəvi qalınlıqda dəri qrefti ilə qreftlənməsi metodudur. Ən çox istifadə olunan metodlardandır.
Frankın nonoperativ metodu - müxtəlif böyüklükdə şüşə borulardan istifadə etməklə uretra ilə düz bağırsaq arasındakı septuma müxtəlif seanslarda dilatasiya tətbiq olunur.
Villiamın vulvovaginoplastikası.
Bağırsaq transferi ilə vagina rekosntruksiyası. Bir çox çatışmayan cəhətləri olduğu üçün əvvəllər istifadə olunsa da, hazırda istifadə olunmur.
XVI fəsil. Kosmetik cərrahiyyə
Amerkanın Səhiyyə Təşkilatı kosmetik cərrahiyyəyə belə tərif vermişdir. Kosmetik cərrahiyyə - insan bədəninin hər hansı bir nahiyəsinin yaş və etnik cəhətdən təbii qəbul ediləcək səkildə görünüşünün dəyişdirilməsi, hər hansı bir strukturun və ya bir-birilə əlaqəli nahiyələrin nisbətlərinin düzgün hala gətirilməsi məqsədini güdən, eyni zamanda xəstənin fiziki və ya psixi sağlamlığına zərər verməyən bir cərrahiyyə sahəsidir.
İnsan əsrlərdən bəri daima gənc və gözəl görünmək üçün çalışmışdır. İnsanların korreksiyaedici cərrahiyyəyə müraciət etmələrinə səbəb, yaşlılıq əlamətlərini aradan götürmək və eyni zamanda gənc görünüşlərini saxlamaq, beləcə özünü daha yaxşı hiss etmək, pensiyaya çıxdıqdan sonra da cəmiyyətin yararlı bir üzvü olmaq arzularını da əks etdirə bilər. Xüsusilə, qadınlar gənc və gözəl olmaq üçün çalışırlar. Müasir dövrün şərt və tələblərinə görə XX əsrdə insanlar gənc görünmək üçün kosmetik cərrahiyyələrə daha çox can atırlar.
XX əsrdə kosmetik cərrahiyyə əməliyyat metodlarına, istifadə olunan tikiş materiallarına və aparılan müxtəlif elmi araşdırmaların nəticələrinə əsaslnaraq sürətlə inkişaf etmişdir. Estetik cərrahlar da öz üzərlərində işləyərək müasirləşməyə can atırlar. Əksər inkişaf etmiş ölkələrdə plastik cərrahların təhsili üçün müəyyən kurslar və seminarlar keçirlər. Xüsusilə ABŞ və Avropa ölkələrində etdikləri uğursuz əməliyyata görə estetik cərrahları cəzalandırır, yüksək təzminat ödəməyə məhkum edirlər ki, bu da həkimlərin çox ciddi seçim aparmalarına şərait yaradır. Kosmetik cərrahiyyə tibbin bir növ sənət sahəsi olmaqla rəssamlıq və heykəltaraşlıqdan daha çətindir. Burada cərrahın estetik zövqü, cərrahi əməliyyat texnikasını bilməsi, əl qabiliyyəti və ümumi tibbi mədəniyyəti böyük rol oynayır. Çəkilən bir şəkildə və ya bir heykəldə qüsur olduqda bunu düzəltmək mümkün olur. Şəkildə olan bir qüsuru müəyyən rənglə, heykəldəki qüsuru isə əlavə edilən gips və ya yonmaqla düzəltmək mümkün olur. Lakin insanda estetik cərrahiyyə bir dəfə və ən mükəmməl şəkildə aparılmalıdır. Bu səbəbdən estetik cərrahiyyə bu sənət sahələri içərisində ən həssas olanıdır və günümüzdə millimetrlərin cərrahiyyəsi adlandırılır.
Estetik cərrahiyyədə aparılan əsas əməliyyatlar aşağıdakı kimi sıralamaq olar:
Üz gərmə əməliyyatı (ritidectomiya və ya face lifting)
Göz qapaqları estetikası (blefaroplastika)
Üzün müxtəlif metodlarla və ya kimyəvi maddələrlə sıyırmaqla incə qırışların ləğv edilməsi (dermobraziya və ya chemical peel)
Saç əkilməsi (hair implantation)
Üzün və bədəninin müəyyən nahiyələrindəki çapıq toxumalarının ləğv edilməsi
Burun estetikası (rinoplastika)
Çənə və üz sümüklərinin konturlarının düzəldilməsi və daha yaxşı bir vəziyyətə gətirilməsi
Şəlpə qulaq estetikası (otoplastika)
Süd vəziləri estetikaları. Süd vəzilərinin kiçildilməsi (reduction mammaplasty), kiçik süd vəzilərinə protez qoyaraq böyüdüb qaldırılması (augmentation mammaplasty) və süd vəzisi şişlərindən sonra süd vəzisi rekonstruksiyası (postmastektomiya rekonstruksiyası)
Qarının sallanması və piylənməsi zaman qarın estetikası (abdominoplastika)
Bədənin müəyyən hissələrində yığılmış piyin aspirasiyası (liposuction)
Dostları ilə paylaş: |